Accessibility links

Benyamin Netanyahu koalisiya hökuməti qura bilmədi


İsrail prezidenti Ruven Rivlin Baş nazir Binyamin Netanyahunun hakim koalisiyanı toplaya bilmədiyi 28 günlük müddətinin bitməsindən sonra hökumətin təşkili prosesi ilə bağlı çərşənbə günü Knessetdəki partiyalarla əlaqə quracağını bildirib.

Netanyahunun hökuməti qura bilməməsindən sonra Rivlinin yaxın günlərdə hökumətin təşkili imkanını Netanyahunun rəqiblərindən birinə verəcəyi gözlənilir.

Ehtimal olunan namizədlər arasında mart seçkilərində Netanyahunun sağçı Likud Partiyasından sonra ikinci yeri tutan mərkəzçi Yeş Atid Partiyasının rəhbəri Yair Lapid və kiçik dini, millətçi Yamina partiyasının rəhbəri Naftali Bennet var.

Rivlin eləcə də parlamentdən baş nazir vəzifəsinə öz üzvlərindən birini seçməsini istəyə bilər.

Koalisiya hökumətinin yaradılması prosesi İsrailin iki ildən az bir müddətdə dördüncü dəfə keçirilən 23 mart seçkilərindən sonra 120 yerlik Knessetdə heç bir partiyanın çoxluq əldə edə bilməməsindən sonra başlayıb.

Netanyahu parlamentdə çoxluğu təmin etmək üçün kiçik ərəb islamçı partiyanın liderinə presedenti olmayan təklliflər edib və bir çox rəqibləri ilə görüşlər keçirib.

Yəhudilərin sağçı, dini, eləcə də ənənəvi solçu və mərkəzçi partiyaları İsrailin ərəb azlığının təqribən 20 faizini təmsil edən partiyaları cəlb etməyə çalışaraq, onlara on illər ərzində ilk dəfə olaraq kabinetə potensial təsir göstərmək imkanı verir.

2009-cu ildən bəri baş nazir olan 71 yaşlı Netanyahu 1990-cı illərdə eyni ofisə üç il rəhbərlik etdikdən sonra 2009-cu ildən bəri baş nazir vəzifəsində çalışıb. O, nəticəsiz seçkilər səbəbi ilə iki ildir siyasi baxımdan yaranmış çıxılmaz vəziyyətin davam etdiyi dövrdə vəzifəsində qalmaq üçün mübarizə aparır.

Netanyahu korrupsiya ittihamları ilə mühakimə olunur və hər hansı pozuntuya yol verdiyini rədd edir.

XS
SM
MD
LG