Accessibility links

Korrupsiya ittihamı ilə üzləşən İsrailin Baş naziri yenidən məhkəməyə qayıdıb


Siyasi partiyalarının ölkədəki seçkilərdən sonra növbəti hökuməti qurmağı və ya özünün cinayət problemlərinə diqqət yetirmək üçün istefaya gedib-getməyəcəyini düşünməyə hazırlaşdığı bir vaxt korrupsiya ittihamı irəli sürülən İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi məhkəməyə qayıdıb.

Qüds məhkəməsindəki ifadələri və şəhərdəki prezident ofisində məsləhətləşmələr günün siyasi drama yaşayacağına işarədir. Bütün bunlar Netanyahunun hakimiyyətdə qalmaq üçün ümidsiz səylərini diqqət mərkəzinə çəkib.

İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

İsrailin ən uzun müddət vəzifədə olan baş nazirinin rüşvət, saxtakarlıq və etimadın pozulması iddiaları ilə üzləşməsinə baxmayaraq, son iki ildə dörd dəfə keçirilən ağır seçkilərdən sonra belə hakimiyyətdə qala bilib. Martın 23-də seçkilər daha çox referendum mahiyyəti daşısa da, onunla bağlı açıq bir nəticə elan edilməyib.

Bu arada İsrailin siyasi partiyaları növbəti hökumətin qurulmasının kimə tapşırılmalı olduğunu müzakirə etmək üçün ölkənin prezident Ruven Rivlin ilə görüşlərə başlayıb.

XS
SM
MD
LG