Accessibility links

ABŞ Müdafiə Naziri İsrailə dəstək ifadə etdi


İsrail Baş Naziri Benyamin Netanyahu ABŞ Müdafiə Naziri Cim Mattisi Qüdsdəki iqamətgahında qarşılayır. 21 aprel, 2017.
İsrail Baş Naziri Benyamin Netanyahu ABŞ Müdafiə Naziri Cim Mattisi Qüdsdəki iqamətgahında qarşılayır. 21 aprel, 2017.

ABŞ müdafiə naziri Cim Mattis ölkəsinin “uzun müddətli dost və müttəfiq” olan İsrailə dəstəyini ifadə edib. Mattis bu bəyanatı İsrail Baş Naziri Benyamin Netanyahu ilə gğörüşdə verib.

Tərəflər razılaşıblar ki, hər iki ölkə radikal islamçıların timsalında eyni düşməni paylaşır və “nəyin bahasına olursa olsun” sülh əldə etməyin vacibliyini vurğulayıblar.

Özümüzə xatırlatmaq vacibdir ki, yaxşı adamlar bir araya gəlməyəndə pislər dünyada çoxlu ziyan vurur.

“Özümüzə xatırlatmaq vacibdir ki, yaxşı adamlar bir araya gəlməyəndə pislər dünyada çoxlu ziyan vurur,” Mattis bildirib. “Və biz bunun qarşısını almaq, sülhü və azadlığı gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməyə hazırıq.”

Bu həftə Səudiyyə Ərəbistanı və Misir rəsmiləri ilə görüşlərdən sonra Mattis Netanyahu və İsrail Müdafiə Naziri Aviqdor Libermanla görüşüb.

Netanyahu Tramp adminsitrasiyasının İsraillə bağlı siyasətini alqışlayaraq “istiqamətdəki dəyişiklik”-dən məmnun olduğunu bildirib.

Sabiq ABŞ prezidenti Barak Obama ilə o qədər də isti münasibətləri olmayan Netanyahu bəyan edib:

ABŞ Müdafiə Naziri Cim Mattis israilli həmkarı Aviqdor Libermanla 21 aprel, 2017. Tel Əviv.
ABŞ Müdafiə Naziri Cim Mattis israilli həmkarı Aviqdor Libermanla 21 aprel, 2017. Tel Əviv.

“Hesab edirəm ki, bu müsbət dəyişiklikdir - Amerika rəhbərliyindəki və siyasətindəki strateji dəyişiklik. Bizim ortaq dəyərlərimiz var və üzləşdiyimiz təhlükələr ortaqdır.”

Mattis və Netanyahu görüşlərdə əsas diqqətin İŞİD və İranın himayədarlıq etdiyi şiə militantlarına qarşı mübarizəyə yönəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG