Accessibility links

İsrail-Qəzza təmas xəttində atəşkəs qüvvəyə minib


İsraillə Qəzza zolağı arasında atəşkəs bu gün gecədən etibarən qüvvəyə minib. Atəşkəs barədə bəyanatı Misirin xarici işlər naziri Məhəmməd Kamil Əmr ABŞ dövlət katibi Hillari Klintonla barəbər elan edib. Atəşkəsin şərtlərinə görə, hücumlar dayandırılmalı və sərhəd məntəqələri açılmalıdır. Atəşkəsə tam riayət edilməsinə 24 saat vaxt verilib.

130 fələstinli və beş israillinin ölümünə səbəb olan zorakılıqların qarşısını almaq üçün aparılan intensiv diplomatik səylər davam etdirilərkən İsraillə Qəzza zolağı arasındakı sərhəddə ara-sıra toqquşmalar olub.

Tel-Əviv şəhərində avtobusa yerləşdirilmiş bombanın partlaması nəticəsində təxminən 10 nəfər xəsarət alıb. Rəsmilər bunu terror hücumu kimi qiymətləndiriblər.

Rəmallah şəhəri yaxınlığında BMT-nin baş katibi Ban Ki-mun münaqişəni fələstinli baş nazir Salam Fəyyadla müzakirə edib. Görüşdə cənab Ban qan-qadaya son qoyulmasına çağırıb və bir daha iki ölkə arasında problemin həlli üçün İsrail və fələstinli yaraqlılar arasında zorakılıqların həmişəlik dayandırılmasının vacibliyini vurğulayıb.

Cənab Ban daha sonra prezident Mahmud Abbasla görüşüb. CƏnab Abbas məsələnin sülh yolu ilə həllini tapmaq istiqamətində işlər gördüyünü bildirib.

Mahmud Abbasın Həmasın tabeçiliyində olan Qəzza Zolağına təsir imkanları məhduddur. Lakin onun Qərb Sahilində qərargahlanan hökuməti Qəzza Zolağında atəşkəsə nail olunmasında mühüm rol oynaya bilər.
XS
SM
MD
LG