Accessibility links

ABŞ rəsmiləri qədim yəhudi məbədinə gedən yolun açılışında iştirak edib


Birləşmiş Ştatların yüksək rütbəli rəsmiləri bazar günü fələstinlilərin və bəzi yəhudi tarixçilərinin hiddətinə səbəb olan qədim Roma dövrünə məxsus yəhudi məbədinə gedən yolun açılş mərasimində iştirak ediblər.

Mərasimə səfir Devid Fridman, Yaxın Şərq üzrə müzakirəçi Ceyson Qrinblat və Respublikaçı senator Lindsi Qraham qatılıb.

Fələstin liderləri layihəni qınayır.

Mərasimi təşkil edən “David Şəhəri Fondu” artıq ziyarətçilərin 300 metrlik tuneldən keçərək, Şərqi Qüdsün 2,000 il əvvəlki yəhudi məbədinə yaxınlaşa və bununla tarixə toxuna biləcəklərini deyir.

Fələstinlilər layihənin onların Qüdsdən sıxışdılıb çıxarılmasına xidmət göstərdiyini deyir.
Fələstinlilər layihənin onların Qüdsdən sıxışdılıb çıxarılmasına xidmət göstərdiyini deyir.

Layihə üzərində işlər fələstinlilərin məskunlaşdıqları Silvan məhəlləsində aparılıb. Fələstin rəsmiləri bunun fələstinlilərin Qüdsdən sıxışdırılıb çıxarılacağına dair daha bir nümunə olduğunu deyərək layihəni qınayıb.

Bu layihəyə qarşı çıxan və arxeologiyanın siyasiləşdirildiyini deyən bir qrup israilli Amerika rəsmilərinin bazar günü keçirilən açılış mərasimində iştirakını Birləşmiş Ştatların İsrailin Qüds üzərindəki suverenliyini tanınmasına doğru atılan siyasi addım kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG