Accessibility links

Fələstin və İsrail arasında əldə edilən atəşkəslə bir həftədən sonra ilk sakit gecə yaşanıb


Fələstin və İsrail arasında əldə edilən atəşkəslə bir həftədən sonra ilk sakit gecə yaşanıb. Əgər atəşkəs yerli vaxtla saat 21:00-dək davam etsə, sərhəd məntəqələri açılacaq.

İsrail-Qəzza arasında atəşkəs dünən gecədən etibarən qüvvəyə minib. Atəşkəs barədə bəyanat Misirin xarici işlər naziri Məhəmməd Kamil Əmr elan edib.

Razılıq ABŞ dövlət katibi Hillari Klintonun da iştirak etdiyi intensiv diplomatiyanın nəticəsidir. Klinton insanların azad və qeyri-zorakı vəziyyətə layiq olduqlarını deyib. ABŞ dövlət katibi Misir hökumətini atəşkəs səylərinə görə təşəkkür edib.

Qəzza sakinləri atəşkəs xəbərini böyük sevinclə qarşılayıb.
XS
SM
MD
LG