Accessibility links

İsrail qüvvələri tərəfindən öldürülən fələstinli nümayişçilərin dəfn mərasiminə minlərlə insan toplaşıb


İsrail qüvvələri tərəfindən öldürülən fələstinli nümayişçilərin dəfn mərasiminə minlərlə insan toplaşıb.

Onlar 60-dan çox adamın qətli və 2700 nəfərin xəsarət almasının qisasına çağırıb.

Qəzzanın İisraillə sərhədi və İordan çayının qərb sahilində baş qaldıran aksiyalar zamanı fələstinlilər İsrail əsgərlərini daşa basıb, təkərlər yandırıb.

Lakin nümayişçilərin sayı dəfn mərasimi və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə qarşı etirazçılardan daha az olub.

Dünənki qarşıdurma zamanı 2 fələstinli öldürülüb.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin sərhədlərinin müdafiəsinə bəraət qazandırıb. Lakin İsrailin əməlləri beynəlxalq qınağa səbəb olub.

Birləşmiş Ştatlar isə zorakılıqlara görə Həmas liderlərini gnühlandıraraq, BMT-nin Təhlüksizlik Şurasının qətllərlə bağlı istintaq tələbinin qarşısını alıb.

Fələstin prezidenti Mahmud Abbas İsrailin hücumlarını kütləvi qırğın adlandırıb.

XS
SM
MD
LG