Accessibility links

İsrail İordan çayının Qərb sahilindəki bir yaşayış məntəqəsini leqallaşdırır


İsrailin baş naziri bildirib ki, İordan çayının Qərb sahilində ravvinin öldürülməsinə cavab olaraq oradakı bir yaşayış məntəqəsi leqallaşdırılacaq.

Benyamin Netanyahu bazar günü nazirlər kabinetinin iclasında deyib ki, hökumət “Havat Giladda normal həyatın davam etməsinə imkan vermək onun statusunu leqallaşdıracaq”.

Baş nazir bildirib ki, “bizim iradəmizi qırmaq və bizi zəiflətmək istəyənlər ciddi səhvə yol vermiş olacaqlar”.

İordan çayının Qərb sahilindəki qanunsuz yaşayış məntəqəsinin leqallaşdırılması hökumət binalarına giriş icazəsi və dövlət büdcəsinə daxil edilmək imkanı verir.

35 yaşlı altı uşaq atası olan Ravvin Raziel Şevah Havat Giladdakı evinin yaxınlığında öldürülüb.

Havat Giladda ravvin Raziel Şevahın dəfn mərasimi
Havat Giladda ravvin Raziel Şevahın dəfn mərasimi

Şevahın dəfn mərasimində təhsil naziri Naftali Bennetin yeganə qisas yolunun daha çox yaşayış məntəqəsinin inşası olduğunu dediyi zaman qisas çağırışları səslənib.

İsrail bütün yaşayış məntəqələrini leqallaşdırmayıb. Bu yaşayış məntəqələrində əsas etibarilə İordan çayının Qərb sahilini İsrailin bir hissəsi hesab edən dini millətçilər məskunlaşıb.

Beynəlxalq qanuna görə, İsrailin inşa etdiyi yaşayış məntəqələri qeyri-qanuni hesab edilir. Bu, İsrail və fələstinlilər arasında sülh danışıqlarında da əsas maneələrdən biridir, belə ki, yaşayış məntəqələri fələstinlilərin özlərinin gələcək dövlətinin bir hissəsi kimi gördüyü ərazilərdə salınır.

Yaşayış məntəqələrinin inşasına etiraz qrupu olan Peace Now bildirir ki, Havat Giladın leqallaşdırılması Şevanın qətlindən “abırsızcasına istifadə edilməsi” deməkdir.

XS
SM
MD
LG