Accessibility links

İsrail Qəzzadan iki keçid məntəqəsini bağlayıb


İsrail Qəzzadan iki keçid məntəqəsini bağlayıb.

Ordunun bildirdiyinə görə, Kerem Şalom və Erez məntəqələrinin bağlanmasına Fələstin ərazisindən İsrailə raket atəlmasından sonra qərar verilib.

Hücum təlafat və dağıntıya səbəb olmayıb. İsrail 50 günlük müharibədən sonra bunun ikinci hücum olduğunu bildirib.

Erezdən yalnız humanitar yardım daşınmasına icazə verilir.

Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu parlamentdən Məbəd dağına görə yəhudi və müsəlmanlar arasında gərginliklərin azaldılması üçün məsuliyyət nümayiş etdirilməsini istəyib. Baş nazir tərəflərin heç birinə zorakılıq üçün bəhanə verilməsini istəmədiyini deyib.

İsrailliləri fələstinlilərin vəziyətdən istifadə edərək daha bir üsyan qaldıracağı qorxudur.

Qüdsdə müsəlmanların Əl-Əqsa adlandırdığı məscid hər iki din üçün müqəddəs sayılır. Hazırda İordaniyanın nəzarətində olan bu məbəddə yalnız müsəlmanlar ibadət edə bilər.

Yəhudi fəallar yəhudilərə də burada dua etmək hüququ verilməsini tələb edir.

XS
SM
MD
LG