Accessibility links

İsrail parlament seçkilərində Likud Partiyası qələbə çalıb [Fotoqalereya]


Benyamin Netanyahu dördüncü dəfə baş nazir olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü bildirib ki, o, qarşıdan gələn iki-üç həftə ərzində höküməti formalaşdırmağı planlaşdırır. Cənab Netanyahu İsrailin parlament seçkilərində Likud partiyasının qələbəsindən sonra dördücü dəfə baş nazir olacaq.

Artıq təxminən səslərin hamısı sayılıb və Likud parlamentdə 120 yerdən 30-nu qazanaraq 24 yer qazanan əsas rəqibi Sionist Birliyi partiyasına qalib gəlib.

Cənab Netanyahu rəsmi nəticələr açıqlanmadan öncə artıq mənsub olduğu mühafizəkar partiyanın qələbəsini elan edib.

Cənab Netanyahunun ofisindən gələn bəyanatda onun 61 yeri alacaq koalisiya yaratmaq üçün kiçik partiyalarla danışıqlar apardığı bildirib. Əsas partiyalardan biri Kulanu partiyasıdır ki, partiya seçkilərdə 10 yer qazanıb.

“İsrail vətəndaşları bizdən tezliklə təhlükəsizlik, iqtisadi, və icitmai məsələlər üzərində işləyəcək rəhbərlik yaradacağımızı gözləyir və biz bunu edəcəyik", deyə cənab Netanyahu bildirib.

Sionist Birliyinin lideri Ayzek Herzog məğlubiyyətini etiraf edib və cənab Netanyahunu təbrik edib. Herzoq həmçinin bildirib ki, onun partiyası müxalifət olaraq İsrail vətəndaşlarına xidmət etməyə davam edəcəklər.

Brüsseldə isə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini İttifaqın İsrailin növbəti höküməti ilə Yaxın Şərqdə sülh prosesi səylərini davam etdirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG