Accessibility links

ABŞ İsraildəki səfirliyini Qüdsə köçürüb [Video]


ABŞ İsraildəki səfirliyini Qüdsə köçürüb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

ABŞ İsraildəki səfirliyini Qüdsə köçürüb

ABŞ-ın yüksək səviyyəli nümayəndə heyyətinin gəlişi münasibətilə Qüdsə gedən yolun kənarları ABŞ və İsrail bayraqları ilə bəzədilib. ABŞ konsulluğun keçmiş binası isə daimi yer seçilənə qədər müvəqqəti səfirlik binası kimi fəaliyyət göstərməsi üçün bəzədilib.

Maliyyə nazir Mnuçin bildirib ki, ABŞ Konqresi səfirliyin köçürülməsini 20 il bundan əvvəl dəstəkləyirdi.

"Prezident Tramp bu sözü yerinə yetirməkdə qərarlıdır və onun rəhbərliyi nəticəsində səfirliyi açmaq üçün buradayıq.” – deyə, Mnuçin bildirib.

İsrailin Xarici İşlər nazirliyi tərəfindən bazar günü təşkil edilən tədbir əksər Avropa Birliyi ölkələri tərəfindən boykot edilib. Lakin bayram tədbirində 30-dan çox ölkənin nümayəndələri iştirak edib.

İsrail Baş naziri Benyamin Netanyahu çıxışında Quatemala və Paraqvay da yaxın gələcəkdə səfirliklərini Qüdsə köçürəcəklərini bildirib və digər ölkələri də bunu etməyə dəvət edib.

"Öz səfirliklərinizi Qüdsə köçürün. Çünki, bu ən doğru olanıdır. Öz səfirliklərinizi Qüdsə köçürün ki, bu sülh prosesinin sürətləndirsin.” - deyə, Netanyahu qeyd edib.

Fələstinlilər isə bu qərara qarşı çıxaraq Qüdsün status ilə bağlı son razılaşmanın İsrail və Fələstin arasında təyin olunmasını bildirir.

"Onlar Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən qorunan Qüdsün statusunu pozublar. ABŞ- Oslo sülh razılaşması çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərini pozdu." – deyə, Fələstin dövlət rəsmisi Nabil Şath bildirib.

ABŞ-ın səfirliyin köçürülməsi qərarı bir çox Qərb və dünyanın digər ölkələri tərəfindən tənqid edilib. Bunun fələstinlilər arasında İsrailə qarşı qəzəbi artıracağını və daha çox şiddətə səbəb olacağınını qeyd ediblər.

XS
SM
MD
LG