Accessibility links

İsrail Suriya daxilindəki İran hədəflərinə qarşı hava hücumları həyata keçirib


İsrail hərbçiləri çərşənbə günü Qolan təpələrində sərhəd boyunca yerləşdirilən partlayıcı qurğulara cavab olaraq, Suriya daxilindəki Suriya və İran hədəflərinə qarşı hava hücumları həyata keçirdiklərini bildirib.

Suriyanın dövlət SANA xəbər agentliyi bir hərbi mənbəyə istinadən bildirib ki, hava hücumları zamanı üç əsgər ölüb, bir əsgər yaralanıb. O, hava hücumlarını “İsrailin təcavüzü” adlandırıb.

İsrail isə açıqlamasında “İran ordusunun rəhbərlik etdiyi Suriya bölməsi”nı sərhəd boyu partlayıcı qurğular yerləşdirməkdə ittiham edib və buna cavab olaraq hava hücumlarının anbarları, hərbi birləşmələri və Suriyanın raket bazalarını hədəf aldığını deyib.

"Biz Suriyadakı İran mövqelərinə qarşı əməliyyatlara hazırıq" - deyə, açıqlamada bildirilib.

İran Suriya prezidenti Bəşər Əsədin müttəfiqidir və ölkədə gedən vətəndaş müharibəsi zamanı Suriya ordusuna yardım etmək üçün hərbi məsləhətçilər və müttəfiq qüvvələr göndərib.

İsrail İranın Suriyada mövcudluğunun qarşısını almağa çalışır və son on ildə İranla əlaqəli hədəflərə çoxsaylı hava hücumları həyata keçirib.

İsrail 1967-ci ildə Qolan təpələrini ələ keçirib və daha sonra onu ilhaq edib. Bu, beynəlxalq səviyyədə tanınmayan bir addım olaraq qalıb.

Şərhlərə bax

XS
SM
MD
LG