Accessibility links

Suriyanın üç tankı İsraillə Suriya arasındakı demilitarizasiya zonasına daxil olub


Suriyanın 3 tankı İsrail və Suriya arasındakı demilitarizasiya zonası olan Qolan təpələrinə daxil olub. İsrailin Müdafə Nazirliyi BMT-nin bölgədəki sülhməramlı qüvvələrinə şikayətlə müraciət edib.

Tankların bölgəyə niyə daxil olduğu barədə məlumat verilmir. İsrail mətbuatı isə tankların Suriyanın müxalifət qüvvələri ilə döyüşlərdə iştirak etdiyini bildirib.

Suriya ilə müharibə şəraitində olan İsrail o ölkədə baş verənlərə ehtiyatla yanaşır.İsrail Suriya tərəfindən sentybr ayında atılan minomyot hücumları ilə bağlı da BMT-yə şikayət etmişdi.

Suriyanın Qolan təpələri İsrail tərəfindən 1967-ci ildə işğal edilib.
XS
SM
MD
LG