Accessibility links

İsrail Misirin Qəzza Zolağında atəşkəsə dair təklif etdiyi planla razılaşıb [Fotoqalereya]


İsrail Misirin Qəzza Zolağında atəşkəsə dair təklif etdiyi planla razılaşıb. Amma Həmasın nəzarəti altında olan ərazidən raket hücumları hələ də davam edir.

İsrailin Baş naziri Benyamin Netanyahunun təhlükəsizlik qurumlarının rəhbərləri ilə atəşkəs tədbirlərini təsdiqləmək üçün səsvermə keçirdiyi vaxt İsrail hərbi qüvvələri raketlərdən müdafiə sisteminin üç şəhərə atılan raketləri zərərləşdirdiyini bildirib.

Cənab Netanyahu yaraqlılar atəşkəs planını qəbul etmədiyi təqdirdə İsrailin Həmasa qarşı bir həftədir apardığı kampaniyanı davam etdirəcəyini deyib. Cənab Netanyahu məsələ ilə bağlı beynəlxalq ictimayyətin də dəstəyini istədiyini deyib.

Bəzi Həmas rəsmiləri qrupun qərara gəlmədiklərinə işarə edib. Qrupun silahlı cinahı isə Misirin planını rədd edərək, onun təslim olmağa bərabər olduğunu bildirib.

ABŞ Dövlət katibi Con Kerri İsrailin atəşkəs planını qəbul etmək qərarını alqışlayıb və digər tərəfi də eyni addımı atmağa çağırıb.

Təklifdə bu gundən etibarən müvəqqəti atəşkəsə, Qəzza Zolağında sərhəd keçid məntəqələrinin açılmasına və iki gün ərzində tərəflər arasında Qahirədə danışıqlara başlanılmasına çağırılır.

XS
SM
MD
LG