Accessibility links

İsraildə terrorizmdə şübhəli bilinən 40 nəfər həbs edilib


İsrailin Müdafiə Nazirliyi terrorizmdə şübhəli bilinən 40 nəfərin həbs edildiyini bildirib.

Müdafiə Nazirliyinin bu gün Twitter səhifəsində yaydığı məlumatda həbs edilənlərdən 37 nəfərin məşhur Həmas qrupunun döyüşçüləri olduğu deyilir.

Twitter-də həbslərin cümə axşamı atışma zamanı İsrail Müdafiə Nazirliyinin iki əsgərinin öldürülməsi və nir neçə nəfərin yaralanmasından sonra həyata keçirildiyi bildirilib.

“The Associated Press” agentliyinin bildirdiyinə görə, gecə saatlarında keçirilən reydlər zamanı qanunvericilər də daxil olmaqla, Həmas qrupunun fəalları həbs edilib.

XS
SM
MD
LG