Accessibility links

İsrailin baş naziri Vladimir Putinlə görüşüb


İsrail Baş naziri Binyamin Netanyahu çərşənbə günü Moskvada Rusiya prezidenti Vladimir Putin ilə bir araya gəlib. Görüş zamanı əsas müzakirə mövzularından biri yaxın günlərdə Finlandiyada ABŞ-Rusiya prezidentlərinin görüşü zamanı müzakirə ediləcəyi gözlənilən İranın Suriyadakı mövcudluğu olub.

Netanyahu bildirib ki, Rusiyaya hər səfər bölgədəki vəziyyəti sabitləşdirmək üçün bir fürsətdir. O, bir daha İranın Suriyanı tərk etməsinin vacibliyini vurğulayıb

Binyamin Netanyahu: "Rusiyaya hər səfər bölgədəki vəziyyəti sabitləşdirmək üçün bir fürsətdir."

İsrail Rusiya tərəfindən dəstəklənən pro-rejim qüvvələrinin Suriyanın cənub-qərbinə İsrail - İordaniya sərhədinə doğru irəlilədiklərindən bəri yüksək hərbi hazırlıqdadır.

İsrailin raket və hava zərbələri son həftələrdə Suriya və İran hədəflərini vurub. Cümə axşamı silahsız dronun hava sahəsini pozmasından sonra İsrail üç Suriya mövqeyinə hücum edib.

İsrail əsgərləri İsrail-Suriya sərhədində
İsrail əsgərləri İsrail-Suriya sərhədində

Texas ştatının San Antonio şəhərində Trinity Universitetinin regional mütəxəssisi və tarix üzrə professor Devid Leç Amerikanın Səsinə bildirib ki, İranın Suriyadakı mövcudluğu potensial olaraq uzun, faciəli Suriya vətəndaş müharibəsinin ən təhlükəli məqamıdır.

Deyvid Leç söyləyib ki, Rusiya, İsrail və Körfəz ölkələri arasında əldə ediləcəyi gözlənilən kompromis Bəşər Əsəd rejiminin davamını qəbul etmək istyinə işarədir. Lakin bu, eyni zamanda Dəməşqin Tehrandan uzaqlaşacağı anlamına gəlir.

XS
SM
MD
LG