Accessibility links

İran və enerji məsələləri Türkiyə ilə İsrail arasında münasibətlərin yenilənməsinə gətirib çıxara bilər


İran və enerji məsələləri Türkiyə ilə İsrail arasında münasibətlərin yenilənməsinə gətirib çıxara bilər
please wait

No media source currently available

0:00 0:03:00 0:00

İran və enerji məsələri Türkiyə ilə İsrail arasında münasibətlərin yenilənməsinə gətirib çıxara bilər

İllərlə pisləşən münasibətlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarını Türkiyəni ziyarət etməyə dəvət edir. Bu dəvət iki ölkə arasında münasibətlərdə yaxınlığıa işarə edir və müşahidəçilər deyir ki, buna güclü ortaq maraqlar, o cümlədən İranın nüvə proqramı və Rusiya və İrandan neft və qaz idxalının gələcəyi ilə bağlı narahatlıqlar səbəb olur.

Türkiyə-İsrail arasında on ildən çoxdur davam edən soyuq münasibət bəlkə də ən çox burada, Türkiyənin kiçik yəhudi icmasında hiss olunub.

Minlərlə insan yəhudi konspirasiyaları iittihamları irəli sürən hökumətyönlü qəzetlərin davamlı hücumları səbəbilə İsrail və Avropaya köçüb.

Ancaq təhlilçilər deyir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin regional təcridinə son qoymaq səylərinin bir parçası olaraq israilli həmkarı İsaak Herzoqu Türkiyəyə dəvət etməsi əlaqələrin yenilənməsinə gətirib çıxara bilər.

“Belə çıxır ki, Türkiyə tək qalmağa davam edə bilməz, ətrafındakı demək olar hər bir ölkə ilə pis münasibətdə qala bilməz.Bundan əlavə Türkiyə tərəfinin münsaibətləri bərpa etmək niyyətində olduğuna şübhə yoxdur və dediyim kimi, mənə təəccüblü gəlir ki, İsraillilər hüç bir şərt qoymadan buna atılırlar,” Kadir Has Universitetindən Soli Ozel bildirir.

Türkiyə 2018-ci ildə ABŞ-ın Qüdse İsrailin paytaxtı olaraq tanımasına cavab olaraq İsraildəki səfirini geri çağırıb, İsrailin nümayəndəsinin də Türkiyəni tərk etməsini istəyib.

Gərginliyin əsas səbəblərindən biri Türkiyənin fələstinlilərə güclü dəstəyi, xüsusilə də İstanbulda Həmas militantlarına ev sahibliyi etməsi olub.

Lakin təhlilçilər deyir ki, Ankara İsrailin narahatlıqlarını aradan qaldırmaq üçün addımlar atır.

“Aylarla, hətta deyərdim bir ildən çox danışıqlar aparılır. Türkiyə artıq Həmasın daha silahlı qolunun fəaliyyətini məhdudlaşdırıb,” Avropa Xarici Əlaqələr Şurasından Aslı Aydıntaşbaş bildirib.

Türkiyə İsrailin İranın nüvə proqramının silahlaşdırıla biləcəyi ilə bağlı narahatlığını bölüşür və müşahidəçilər deyir ki, bu, iki ölkə arasında mühüm bir ortaq zəmin yarada bilər.

“Əlbəttə ki, Türkiyə nüvə silahı malik bir İran görmək istəmir. Amma İran İsrail kimi Türkiyəni də xəritədən silməklə hədələmir. Bu başqa səviyyədə bir təhlükədir. Amma əgər İsrail Türkiyə ilə münasibətlərini yumşaltsa, diqqəti daha böyük təhlükə üzərində cəmləşdirməyə daha çox imkan olacaq. Və məncə Türkiyə ilə gərginliyin azalması burada kömək edə bilər,” Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qallia Lindenstrauss bildirir.

Ərdoğan həmçinin Türkiyənin enerji ehtiyaclarını nəzarə aldıqda, İsrailin son illərdə aşkar edilən böyük təbii qaz yataqlarını potensial əməkdaşlıq mənbəyi olaraq görür.

“Türkiyənin qaza ehtiyacı var və mən düşünürəm ki, ixrac üçün nəzərdə tutulan Leviatan qaz yatağı bu ehtiyacı qarşılaya bilər. Bu həm də, münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra və Türkiyənin Şərqi Aralıq dənizindəki təcridinə son qoya bilər,” London Enerji Klubundan Mehmet Öğütücü bildirir.

İllərdir artan gərginliklərə baxmayaraq, Türkiyə ilə İsrail arasında ikitərəfli ticarət artmağa davam edib və müşahidəçilər normal münasibətləri bərpa etməyin ən yaxşı yolunu praqmatik yanaşmada görürlər.

XS
SM
MD
LG