Accessibility links

İsrail elçisi Türkiyənin xarici işlər naziri ilə görüşüb


Ben-Elizer Türkiyə Xarici İşlər Naziri Əhməd Davutoğlu ilə gərginləşən münasibətləri yaxşılaşdırmaq təklifi ilə Brusseldə görüşüb

İsrailin yüksk vəzifəli nümayəndəsi İsrailin may ayında Qəzzaya istiqamət alan yardım donanmasına reydin ardınca gərginləşən münasibətləri yaxşılaşdırmaq məqsədilə Türkiyənin xarici işlər naziri ilə görüşüb. İsrail və Türkiyə mediası dünən bildirib ki, İsrailin sənaye və ticarət naziri Benyamin Ben-Elizer və Türkiyə Xarici İşlər Naziri Əhməd Davutoğlu arasında görüş Brusseldə keçib. Görüşün gizli keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, dünən axşam İsrailin iki tele-kanalında xəbərlərdən sonra ictimayyətə məlum olub. Danışıqlar səkkiz Türk fəalını və bir Amerikalı türkü qətlə yetirən İsrail reydindən sonra əlaqələrin bərpa olunmasına doğru yönəlmişdir. Dünən İsrailin baş naziri Bencamin Netanyahunun offisi türk rəsmilərin Ben- Elizerə qeyri rəsmi danışıqlar haqda təklif verdiyini təsdiq edib. Ben Elizer bu təklifi mənasız hesab edib. Türk hökuməti bu haqda şərh verməyib. Mayın 31-də olan reyd Türkiyə ilə yəhudi dövləti arasında onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirib.

XS
SM
MD
LG