Accessibility links

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüş keçirib


Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüş keçirib. Suriya münaqişəsinə son qoyulması barədə tərəflər heç bir razılıq əldə etməyib.

Görüşdən sonra liderlər müxbirlərin suallarını cavablandıraraq, razılığa gələ bilmədiklərini bəyan edib.

Rusiya prezidenti Vladimir Putinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla müzakirələrinə ticarət məsələsi və NATO-nun Türkiyənin Suriya ilə sərhəd bölgəsinə rakerlərdən müdafiə sistemi yerləşdirməsi planı da daxil idi.

Vladimir Putin Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyərək, BMT-nin qətnamələrini rədd edib.

Suriyanın sabiq müttəfiqlərindən olan Türkiyənin baş naziri Dəməşqin kəskin tənqidçilərindən biridir.

Rusiya prezidentinin Tükiyə səfəri etirazlarla qarşılanıb. Rusiyanın Türkiyədəki konsulluğu qarşısında toplaşan nümayişçilər Rusiya əleyhinə plakatlar qaldırıb.

Putin Türkiyəyə oktyabr ayında səfər etməli idi. Lakin səfərin təxirə salınmasına onun səhhət problemlərinin səbəb olduğuna dair şayiələr gəzir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG