Accessibility links

İstanbulda partlayış - 13 ölü, 38 yaralı [Video]


Police arrive at the site of an explosion in central Istanbul, Turkey, December 10, 2016.
Police arrive at the site of an explosion in central Istanbul, Turkey, December 10, 2016.

Bu gün Türkiyənin İstanbul şəhərindəki ən böyük stadionlardan birinin qarşısında baş verən iki partlayış nəticəsində 20 polis əməkdaşının yaralandığı bildirilir. Bu barədə məlumatı Türkiyə rəmiləri verib.

Hadisə yerindən çəkilmiş videolarda yenicə inşa edilmiş Beşiktaş Stadionundan hava tüstü qalxdığı və polislərin ərazini mühasirəyə aldığı görünür. Şahidlərin sözlərinə görə, hadisə zamanı atəş səsləri də eşidilib və ehtimallara görə silahlı bir şəxs polisə hücum edib. Özəl NTV telekanalı isə bildirib ki, hücumun hədəfi içərisini iğtişaş polisi ilə dolu avtobus olub.

Oyun başa çatan kimi Bursaspor azarkeşlərinin stadionu tərk etdiyi çıxışda, onlar gedəndən sonra çevik polis alayının yerləşdiyi ərazidə avtomobilə qoyulmuş bomba partlayışı olduğunu düşünürük. 20-yə yaxın yaralı var. Ölənlərin olub-olmadığına dair hələlik məlumatımız yoxdur. İnşallah olmayacağına ümid edirik.
Türkiyə daxili işlər naziri Süleyman Soylu

Hücumun məsuliyyətini hələlik heç kəs öz üzərinə götürməyib. Bu il İstanbul şəhəri bir neçə partlayışa səhnə olub. Hücumların demək olar hamısı ya İŞİD qruplaşması, ya da kürd yaraqlıları tərəfindən törədilib.

Daxili işlər naziri Süleyman Soylu açıqlama verərək bildirib ki, insident zamanı xəsarət alanların hamısı polis zabitləri olub. Partlayış Beşiktaş futbol klubu Türkiyə Super Liqası çərçivəsində doğma meydançada Bursaspora 2-1 hesabı ilə qalib gələndən dərhal sonra baş verib.

"Oyun başa çatan kimi Bursaspor azarkeşlərinin stadionu tərk etdiyi çıxışda, onlar gedəndən sonra çevik polis alayının yerləşdiyi ərazidə avtomobilə qoyulmuş bomba partlayışı olduğunu düşünürük. 20-yə yaxın yaralı var. Ölənlərin olub-olmadığına dair hələlik məlumatımız yoxdur. İnşallah olmayacağına ümid edirik. Yaralılar polislərdir" - deyə Soylu hadisədən sonra ilkin açıqlamasında bildirmişdi.

External Widget cannot be rendered.

Daxili işlər nazirinin bu açıqlamasından sonra səhiyyə naziri Rəcəb Akdağ ilə birlikdə İstanbula gedib.

Ancaq xəstəxanalardan məlumatlar daxil olduqca hadisə nəticəsində yaralananların sayının ən az 38 olduğu təsdiqini tapıb.

Reuters xəbər agentliyi ilə ölənlərin sayının ən az 13 olduğunu bildirir.

Radio-Televiziya Yayım Şurası partlayışdan sonra qısa müddət yayım qadağası tətbiq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG