Türkiyə polisi İstanbulda LGBT hüquqlarının müdafiəsi məqsədilə küçəyə çıxmış nümayişçilərin qarşısını kəsib və onların yürüşünü dağıtmağa çalışıb. Bundan bir gün öncə İstanbul valisi tərəfindən yürüşün keçirilməsinə qadağa qoyulub.
Fransanın xəbər agentliyinin verdiyi məlumata görə, polis nümayiş dağıtmaq üçün rezin güllələrdən istifadə edib.
Yürüşün təşkilatçıları Türkiyə hökumətinin aksiyanın keçirilməsinə bir-birinin ardınca üç ildir qadağa qoymasına baxmayaraq, Taksim meydanında toplaşmağa söz verib.
Şənbə günü İstanbul valisi nümayişçilər və və şəhərdəki turistlərin təhlükəsizliyi ilə əlaqədar narahatlıqlara görə yürüşün keçirilməsinə icazə verilməyəcəyini bildirib.
Valinin ofisinin bildirdiyinə görə, müqəddəs Ramazan ayının bitməsilə əlaqədar bayramın ilk gününə təsadüf edən yürüşə bir sıra qruplar tərəfindən “ciddi reaksiyalar” verilir. Vətəndaşların qadağanı pozaraq, yürüş keçirməməsi ilə bağlı xəbərdarlıq edilib.
Bir sıra müsəlman ölkələrindən fərqli olaraq, Türkiyədə homoseksullağın qadağan edildiyi qanunlar mövcud deyil.
Türkiyədə cinsi azlıqların paradı 2003-cü ildən keçirilir. Dinc keçən aksiyalarda 100 mindən çox insan iştirak edib.