Accessibility links

Qaçqınlara yardım edən tibb bacısı


Qaçqınlara yardım edən tibb bacısı
please wait

No media source currently available

0:00 0:02:31 0:00

İstanbulda 36 yaşındakı bir qadın xəstəxanalara müraciət edə bilməyən qaçqınlara yardım etmək üçün təkbaşına səyahət edir. Qaçqınlardan bəzilərinin sənədləri qaydasında deyil, bəziləri isə ya pulları olmadığı, ya da koronavirusdan qorxduqları üçün xəstəxanaya gedə bilmir.

Rim Srour Suriyadan qaçmazdan əvvəl səyyar cərrahiyə xəstəxanasında bir il tibb bacısı işləyib. O hazırda hökümətin nəzarətində olan ərazidəki üsyançı əsgərləri müalicə etdiyi üçün evinə qayıda bilmir.

Ancaq İstanbulda mart ayında koronavirus karantini başlayandan sonra o, qarşısına yeni bir məqsəd qoyub. O, əsasən qaşqınlar olmaqla, hər gün tibbi yardım ala bilməyən beşdən səkkizə qədər xəstəni ziyarət edir. “Onlar xəstəxanaya gedə bilmir. Yoluxduqları, ya da yoluxmaqdan qorxduqları üçün getmir. Xəstəxanalar hamını qəbul etmir. Onlar yalnız çox ağır vəziyyətdə olanları qəbul edirlər” - deyə, Rim Srour bildirir.

Onun xəstələrindən biri Xalid Xəlifə dörd il əvvəl Suriyada iki dəfə güllə ilə vurulub. Onun ayaqları iflic vəziyyətindədir və onda yatak yaraları əmələ gəlib. "Biz su borusu vasitəsilə qaçdıq. Məni təxminən 500 metr sürüdülər. Onda mən belimi də yaraladım."

Mərakeşdən olan 31 yaşlı Kərim qaçqındır. O bir neçə həftə əvvəl Yunanıstana keçdikdən və orada naməlum şəxs tərəfindən vurulduqdan sonra yenidən Türkiyəyə deportasiya edilib.

Yunanıstanda onun ayağını müalicə etsələr də, indi ayağında dərin iltihab var və o, xəstəxanaya gedə bilmir. "Heç bir şeyim olmadan xəstəxanaya necə gedə bilərəm? Onlar pulumu, pasportumu, sənədlərimi aldılar. Məndə heç nə qalmadı."

Türkiyə dünyada ən çox suriyalı qaçqına ev sahibliyi edən ölkədir və 16 milyon əhalisi olan İstanbul onun ən böyük şəhəridir.

Srour mümkün qədər çox insana yardım etməyə çalışır. “Çoxları mənim haqqımda eşitməyib, buraya yardım etmək üçün gəldiyimi bilmir. Düşünürəm ki, çoxlarının mənə ehtiyacı var, lakin bu, mənim onlara çatmağımdan və onların mənə müraciətindən asılıdır."

Türkiyə aylarla davam edən karantindən sonra yavaş-yavaş yenidən açılır, lakin bir çox ölkələr kimi orada da işlərin nə vaxt normala qayıdacağı hələ də məlum deyil.

Srour deyir ki, hər gün xəstələrə baş çəkmək yoluxma riski deməkdir. Lakin o, əlcək və maska taxır və bu səbəbdən evdə qalmağın seçim olmadığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG