Accessibility links

İstanbulda bomba partlayışı nəticəsində bir polis işçisi həlak olub


Türkiyə rəsmiləri İstanbulda polis məntəqəsinə qadın intiharçının hücumu nəticəsində bir polis zabitinin öldüyünü bildirib.

Qadının Sultan Əhməd məscidinin ərazisindəki polis məntəqəsinə daxil olarkən ingilis dilində danışdığı və üzərindəki partlayıcıları işə saldığı haqda məlumat verilib.

Hadisə turistlərin İstanbulda ən çox ziyarət etdiyi Sultan Əhməd məscidi və Ayə Sofya məbədinin yerləşdiyi ərazidə baş verib.

Hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Bu, İstanbulun ən populyar turist məkanlarında baş verən ikinci belə hadisədir.

Türkiyədə fəaliyyəti qadağan olmuş marksist İnqilabi Xalq Azadlıq Partiyası Cəbhəsi Dolmabahça saray kompleksində qumbara hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Hücum zamanı partlayıcılar işə düşməyib.

İnqilabi Xalq Azadlıq Partiyası Cəbhəsi 2013-cü ildə Türkiyə paytaxtı Ankarada ABŞ səfirliyində bir nəfər mühafizəçinin ölümülə nəticələnmiş hücuma görə məsuliyyət daşıyır.

XS
SM
MD
LG