Accessibility links

İstanbulda Xaşuqci üçün simvolik dəfn mərasimi keçirilib


İstanbul
İstanbul

Cümə günü İstanbulda onlarla insan qətlə yetirilmiş jurnalist Camal Xaşuqci üçün simvolik dəfn mərasimi keçirib. Bu arada isə mətbuatda Ankaranın əlində Səudiyyə Ərəbistanının məsələ ilə bağlı açıqlamasını etibardan salan ikinci səs yazısı olduğu bildirilir.

İzdiham cəsəd olmadan Fatih məscidində tabut üçün nəzərdə tutulan boş platformanın önündə toplaşıb.

Məscidə toplaşanlar arasında yeni yaranmış Camal Xaşuqcinin Dostları Assosiasiyasının tərəfdarları da olub.

Səudiyyə rəhbərliyinin tənqidçisi olan Xaşuqci son dəfə oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olarkən görülüb. Türkiyə rəsmiləri onun boğularaq öldürüldüyünü, cəsədinin isə hissələrə bölündüyünü deyir.

Camal Xaşuqci Ər-Riyadın İstanbuldakı konsulluğuna daxil olarkən
Camal Xaşuqci Ər-Riyadın İstanbuldakı konsulluğuna daxil olarkən

Yağışla müşahidə olunan mərasimdə iştirak edən İstanbul sakini İbrahim Pekdemir deyib ki, bu “dünyaya cinayətin cəzasız qalmayacağı və ədalətin bərpa olunacağına dair mesajdır”.

Cümə axşamı Səudiyyə prokurorları 11 nəfərə qarşı ittiham irəli sürüb və qətllə əlaqədar olaraq 21 nəfərin həbs olunduğunu bildirib.

Lakin onlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın cinayətlə heç bir əlaqəsinin olmadığını da qeyd edib.

Bu arada isə Washington Post qəzetinin cümə günü verdiyi məlumata görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) jurnalist Camal Xaşuqcinin İstanbulda öldürülməsinə Səudiyyə vəliəhdi şahzadə Məhəmməd bin Salmanın göstəriş verdiyinə dair nəticəyə gəlib.

Xaşuqcinin yaxın dostu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Yasin Aktay Səudiyyənin hadisələrlə bağlı izahatını tənqid edib.

“Onlar bizi inandırmağa çalışırq ki, qatillər Camal Xaşuqcini öldürməyə özləri qərar verib, amma biz bu nağıla inanmırıq”, o deyib.

Türkiyə Xaşuqcinin qətlinin öncədən planlaşdırıldığını təkid edir.

İkinci səs yazısı

Türkiyənin Hürriyet qəzeti isə bildirib ki, Türkiyədə daha çox dəlil var. Buna 15 dəqiqəlik ikinci səs yazısı daxildir.

Səudiyyənin xarici işlər naziri Adel Əl-Cubeir qətlin “səlahiyyətlərini aşan”insanlar tərəfindən“ozbaşına əməliyyat”olduğunu söyləyib.

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman

Hürriyet qəzetinin hökümət tərəfdarı köşə yazarı Əbdülqədir Selvi cümə günü bildirib ki, yenicə əldə olunan səs yazısında 15 nəfərdən ibarət “qatil komandasının” Xaşuqci gəlmədən konsulluqda gözlədiyi və onu necə öldürəcəklərini müzakirə etdiyi qeydə alınıb.

İlk səs yazısında isə Xaşuqcinin boğulduğu an yer alır.

Selvi deyib ki, Türkiyədə həmçinin komandanın Xaşuqcinin öldürəndən sonra beynəlxalq telefon zəngi etdiyinə dair dəlil var.

Ölüm cəzası

Ərdoğan deyib ki, Xaşuqcini öldürmək göstərişinin Ər-Riyad hökümətinin “yüksək səviyyəli rəsmiləri” tərəfindən verildiyini deyib.

Səudiyyəli prokurorlar cümə axşamı qətlə göstəriş verib, həyata keçirməkdə ittiham olunan beş şəxsin edamının tələb edəcəyini bildirib.

Türkiyə Səudiyyənin bu bəyanatının yetərli olmadığını deyib.

XS
SM
MD
LG