Accessibility links

İsti su da bahalaşa bilər


“Azəristiliktəchizat” göstərdiyi xidmətə görə tarifi bahalandırmağa hazırlaşır.

Bu yaxınlarda Nazirlər Kabineti isti su təchizatının qiymətini dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarıb.

Hazırda isti su Bakının mərkəzində bir sıra binalara verilir. Bunun üçün yaxınlıqda qazanxana və mühəndis kommunikasiyası tələb olunur. Bu xidmətin 1 kubmetri əhaliyə 0,40 manata, qeyri-əhali qrupuna 1,50 manata başa gəlir. “Azərsu” ASC “Azəristiliktəchizat” ASC-ni 1,30 manata su ilə təchiz edir.

“Azəristiliktəchizat” ASC-nin istismar sahələrindən birində Turan-a bildiriblər ki, tarifi 2 manat 15 qəpiyə artırmaq istəyirlər. “Elektrik enerjisi və qaz kommersiya qiyməti ilə alınır, bu, isti suyun maya dəyərini artırır”,mənbə bildirib.

Agentlik bildirir ki, dekabrın 1-dən qaz və elektrik enerjisinin bahalanmasından sonra istilik təchizatının da bahalanması labüddür. Sonuncu dəfə istilik təchizatının qiymətinə 5 il əvvəl, 28 noyabr 2011-ci ildə baxılıb. İstilik təchizatının tarifi yaşayış sahəsinin 1 kv m-i üçün 0,15 manat, başqa istehlakçılar üçün 0,25 manatdır.

Tarif (qiymət) Şurası noyabrın 28-də “Azəristiliktəchizat” ASC üçün su təchizatı və kanalizasiya suyunun axıdılması tarifini 2017-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 0,50 manat, ölkənin başqa regionları üçün 0,45 manat müəyyən edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG