Accessibility links

İsveçli tədqiqatçılar tullantı suları yenidən istifadəyə yararlı etməyə çalışırlar [Video]


İsveçli tədqiqatçılar tullantı suları yenidən istifadəyə yararlı etməyə çalışırlar
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Bir ailə ortalama hesabla çox miqdarda yenidən istifadə edə biliməyən su işlədir. İsveçdə başladılan yeni bir layihə çərçivəsində tullantı suyun zəhərli hissələri çıxarılıb, oradakı bəsləyici maddələr və digər faydalı elementlər yenidən istifadəyə verilir.

Kanalizasiya suyunda kənd təsərrüfatında gübrə kimi istifadə oluna biləcək bəsləyici maddələr boldur. Lakin həmin sularda məhsullar üçün zərərli olan zəhərli maddələr də çoxdur. İsveçdə sınaqdan keçirilən yeni su təməziləmə layihəsi ilə tədqiqatçılar kanalizasiya suyundan zərərli maddələri çıxarıb, yaxşıları saxlamağa çalışır.

Hazırda biz bütün tullantı suları bir borunun içinə tökürük. Bu isə o deməkdir ki, şəhərdəki, bütün kanalizasiyalardan gələn su ilə birlikdə maşınlardan çıxan ağır metallar və çirkləndiricilər tualet suyu ilə eyni yerə axır və beləliklə onlar tualet suyundakı faydalı elementlərlə qarışır. Amma sidik və nəcis yaxşı gübrə sayıldığı üçün, onlar şəhər küçələrindən axan tullantı sularla qarışmamalıdır.
Hamse Kyerstadius

Hamse Kyerstadius: “Hazırda biz bütün tullantı suları bir borunun içinə tökürük. Bu isə o deməkdir ki, şəhərdəki, bütün kanalizasiyalardan gələn su ilə birlikdə maşınlardan çıxan ağır metallar və çirkləndiricilər tualet suyu ilə eyni yerə axır və beləliklə onlar tualet suyundakı faydalı elementlərlə qarışır. Amma sidik və nəcis yaxşı gübrə sayıldığı üçün, onlar şəhər küçələrindən axan tullantı sularla qarışmamalıdır.”

Kimya mühəndisliyi üzrə doktorantura oxuyan Hamse Kyerstadius bioqaz istehsalını, bitkilərin qida maddələrinin bərpa prosesini və istiliyin bərpasını artıracaq su təmizlənmə sistemi düzəldib. Onun layihəsi İsveçin cənubunda Helsingbor ərazisində yenicə inşa edilən yaşayış rayonunda sınaqdan keçiriləcək.

“Biz tullantı suları artıq evlərdəki mənbələrdə ayırmağa başlamışıq. Tualetdəki tullatı sular bir boruya, mətbəxdəki tullantı sular bir başqa boruya, digər sular isə üçüncü bir boruya axır. Yəni evlərdən üç ayrı boru çıxır. Bu isə o deməkdir ki, biz tullantı suları təmizlənmə təsisində daha yaxşı təmizləyə və tullantı sulardan daha çox faydalı element çıxara bilərik.”

Layihəyə maraq artır, çünki köhnə kanaliziya sistemləri olan bir çox İsveç şəhəri artıq ekoloji baxımdan təmiz sistemlərə keçid etmək istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG