Accessibility links

İsveçdə “Güney Azərbaycana referendum tələbi” mövzusunda seminar keçiriləcək



Azərbaycan təşkilatlatlarının bir qrupu fevralın 2-də İsveçin Göteburg şəhərində “Güney Azərbaycana referendum tələbi, aktual durum və yeni addımlar” adlı birgə seminar keçirəcək. Seminarda güneyli təşkilatların 2012-ci ilin dekabrında İranda Azərbaycan türklərinin öz müqəddəratını təyin etmək haqları ilə bağlı BMT-nin baş katibi Ban Ki Muna birgə müraciət müzakirə ediləcək.

Azərbaycan veb səhifələrində yayılan məlumata istinadən, iclasda Güney Azərbaycan Demokrat Partiyası (GADP), Azərbaycan Milli Demokratik Birliyi (Birlik), Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) və Güney Azərbaycan Liberal Demokrat Partiyasının (GALDP) təmsilçiləri çıxış edəcək. Çıxışlar və çıxışlardan sonra aparılacaq müzakirələrin canlı şəkildə internet vasitəsi ilə yayılacağı bildirilib.

2012-ci ilin dekabrın 11-də doqquz təşkilat BMT-nin Baş katibinə müraciət edərək İran Azərbaycanında referendum keçirilməsini tələb edib.

Müraciəti imzayalayn təşkilatlar “BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200 A ( XXİ) saylı Qətnaməsi ilə qəbul olunmuş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynalxalq pakta əsasən, BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində Azərbaycan türklərinin iştirakı ilə referendumun keçirilməsini” tələb edib və məsələnin BMT-yə üzv dövlətlərin gündəliyinə çıxarılacağına ümid etdiyini bildirib.
XS
SM
MD
LG