Accessibility links

İsveçrə prezidenti Azərbaycan prezidenti və müxalifətin liderləri ilə görüşüb


İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter və Azərbaycan prezidenti İlham Əliyev
İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter və Azərbaycan prezidenti İlham Əliyev

Didye Burkhalter ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı, demokratiya, insan haqları və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikri mübadiləsi aparılıb

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter Azərbaycanda rəsmi səfərdədir.

Bu gün iki ölkə prezidentinin görüşü olub. İsveçrə prezidenti həmçinin Azərbaycan müxalifətinin liderləri və QHT təmsilçiləri ilə görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə prezident İlham Əliyevlə görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından danışılıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

“Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək”, prezident İlham Əliyev qeyd edib.

İsveçrə prezidenti isə hesab edir ki, indidki dövr iki ölkə üçün xüsusi bir vaxtdır.” İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz vardır və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız vardır. İsveçrə şirkətləri ölkənizə investisiya yatırmaqda maraqlıdır”, prezident Burkhalter bildirib.
İsveçrə prezidenti müxalifət və QHT rəhbərləri ilə (Foto E.Hüseynovun Facebook səhifəsindəndir)
İsveçrə prezidenti müxalifət və QHT rəhbərləri ilə (Foto E.Hüseynovun Facebook səhifəsindəndir)
İsveçrə Konfederasiyasının prezidentinin Azərbaycan müxalifətinin rəhbərləri və ictimai təşkilatların təmsilçiləri ilə görüşündə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, REAL Hərəkatının icraçı direktoru Natiq Cəfərli, NİDA Hərəkatının İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova iştirak edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, bir saatdan çox çəkən görüşdə demokratiya, insan haqları, siyasi məhbuslar, seçkilər və seçki prosesi, vətəndaş cəmiyyətinə basqılar və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG