Accessibility links

İtlər üçün kruiz


İtlər üçün kruiz
please wait
Embed

No media source currently available

0:00 0:02:28 0:00

Vaşinqton mahalındakı Potomak çayında gəmi ilə gəzinti buradakı məşhur yerləri və abidələri görmək üçün gözəl bir imkandır. Lakin burada xüsusi bir gəzinti imkanı da var - İtlər və onların sahibləri üçün gəmi gəzintisi.

Buradan, itləri ilə Virciniya ştatının paytaxtı ilə üzbəüz tarixi Aleksandriya şəhərindəki limandan insanlar itləri ilə birlikdə gəmi gəzintisinə çıxır.

Bu bölgəyə yeni köçən qadın iti üçün nə isə xüsusi bir şey etmək istəyirdi. Salli Porter: “Biz itimizi çox sevirik və onun üçün yaxşı bir şey etmək istədik.”

Belə bir gəmi gəzintisini "Potomac Riverboat Company" şirkəti təşkil edir. Gəmi gəzintisi uşaqlar və böyüklər üçün pullu, itlər üçün isə pulsuzdur. Bütün sakit itlər bu gəmidə gəzə bilər. Şirkətin işçisi Deyv Vanger: “Aleksandriyada itlərə münasibət çox yaxşıdır. Buna görə də biz belə bir gəzinti təşkil etmək qərarına gəldik. Beləliklə, aprel ayından oktyabr ayınadən ayda bir şənbə günü it sahibi iti ilə birlikdə 45 dəqiqəlik gəzintiyə çıxa bilir.”

Bu qadın Lansa adlı itini ad gününü qeüyd etmək üçün gətirib. Kristin Nivia: “Mənim itimin ad günüdür. Bu gün onun 3 yaşı tamam olur. Bu onun üçün gözəl hədiyyədir.”

Amerikada çoxları itləri ilə ailə üzvü kimi davranır, onları özləri ilə itlərin olmasına icazə verilən yerlərə aparırlar. Deyv Vanger: “Çoxları üçün itləri üşaqları kimidir və onlar itlərinə çox gözəl münasibət bəsləyir, onları özləri ilə gəmiyə belə aparmaq istəyir.”

Bu kişi isə gəmi gəzintisinə gətirdiyi pit-bull cinsli ilk itinə bir həftə əvvəl sahiblənib. Kin Li: “Yay aylarında mən demək olar ki, həmişə suda oluram. Balıq, xərçəng tuturam. İndi mənim itim var və mən onun da suyu sevdiyinə əmin olmaq istəyirəm.”

Cavalier King Charles Spaniel cinsli itləri olan bir qrup da bu gəmi gəzintisinə çıxıb. “Bu qədər Kavaliyer cinsli iti bir araya görmək çox gözəldir” - deyə, Kimberli Kidvell bildirir.

Burada onlar üçün müxtəlif yeməklər də var. Havanın isti olmasına baxmayaraq itlər də sahibləri də yaxşı vaxt keçirirlər. Urvi Ruparella: “Bu çox yaxşı fikirdir. İtlərin çox xoşuna gəlir.”

Seydi və Matyu Korneliuslar da buraya Leksi adlı itlərini gətirib. “Biz burada gızəl insanlarla tanışç olduq. Temperaturun müsbət 37 dərəcə olmasına baxmayaraq, külək var idi. Vaxtımız çox şən keçdi” - deyə, matyu bildirir.

XS
SM
MD
LG