Accessibility links

İt və ya pişik koronavirusa yoluxa bilər, lakin insanı yoluxdurmaz


Pişiklər və və itlər sahiblərindən yeni koronavirusa aşağı səviyyədə yoluxa bilər, lakin insanlara keçirə bilməzlər.

Honq Konqun Kənd Təsərrüfatı, Balıqçılıq və Konservasiya Nazirliyi belə bir qənaətə virusa yoluxdurulmuş bir itin karantində saxlanmasından sonra, fevralın 27-si, 28-i martın 2-də burun və ağız boşluğundan götürülən nümunələrin təhlilindən sonra gəlib.

Lakin nazirliyin adının açıqlanmadığı bir işçisi "ev heyvanlarının koronavirus (COVID-19) infeksiyası mənbəyi ola biləcəyinə və ya xəstələnmələrinə dair hər hansı bir dəlil yoxdur" - deyə, bildirib.

Alimlərin fikrincə, SARS-CoV-2 adı ilə tanınan virus başqa bir növə keçməzdən əvvəl bəlkə də yarasalarda əmələ gəlmiş və onlardan da kiçik bir vəhşi məməliyə keçərək insanlara ötürülmüşdür.

Lakin Honq Konq universitetinin İctimai Sağlamlıq Məktəbi mütəxəssisləri, Honq Konq şəhər universitetinin Baytarlıq Tibb və Həyat Elmləri Kolleci və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) virusun insandan itə az səviyyədə keçdiyi ilə yekdilliklə razıdırlar. Onlar virusun insandan heyvana keçə biləcəyinin mümkün olduğunu deyir.

XS
SM
MD
LG