Accessibility links

İŞİD liderinin öldürülməsində iştirak edən itin xidməti alqışlanır


ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi reydində iştirak edən ordu itini alqışlayıb.

İtin şəklini tvit edən dövlət başçısı “afərin” deyə, onun xidmətini yüksək qiymətləndirib.

ABŞ-ın Birgə Qərarganlar rəisi, general Mark Milli də itin xidməti haqda danışıb.

"Biz itin adını açıqlamırıq. Belə ki, o, hələ də təhlükədədir. Ordu iti misilsiz xidmət göstərib" - deyə, general bildirib.

Mark Milli itin əməliyyat zamanı yüngül yaralandığını, lakin onun tez bir zamanda sağalıb xidmətinə qayıdacağını əlavə edib.

Şərhlərə bax

XS
SM
MD
LG