Accessibility links

İtaliyada istirahət mərkəzi qar uçqununa məruz qalıb


İtaliyada dağ üzərində dəbdəbəli istirahət mərkəzi bir neçə kilometr dərinliyində qar uçqunu altında qalıb. Hadisə nəticəsində təxminən 30 nəfər itkin düşüb.

Farindol şəhərində dörd ulduzlu Rigopiano otelinin qar uçqununa məruz qalmasına həmin günün səhəri mərkəzi Abruzzo regionunda baş verən bir neçə güclü zəlzələ səbəb olub.

Televiziyada dağılmış otelin içərisindən video ilə çəkilən görüntülərdə qar kütləsinin otelin divarlarından dəhlizə dolduğu nümayiş etdirilir. Dağıntılar altından azı iki nəfər xilas edilib. Lakin qar uçqunu axtarışlara və xilasetmə dəstələrinin fəlakətin baş verdiyi yerə gedə bilmələrinə əngəl törədir.

Xəbər agentlikləri bundan əvvəl fəlakət nəticəsində çox sayda insanın həlak olduğu xəbərini verib. Lakin yerli rəsmilər bu məlumatı təsdiqləməyib.

XS
SM
MD
LG