Accessibility links

İtaliyada daha bir zəlzələ


Dünən İtaliyanın mərkəzində iki güclü zəlzələ baş verib. Nəticədə bir neçə kilsə və digər binalara ciddi zərər dəyib. Lakin bu dəfəki zəlzələ iki ay bundan əvvəl 300 nəfərin ölümü ilə nəticələnən zəlzələ kimi fəlakətli olmayıb.

Hələlik ölüm və ya ciddi xəsarət halları barədə məlumat verilməyib. Buna baxmayaraq, onlarla insan yüngül xəsarət və sarsıntı hallarından müalicə edilib.

Zəlzələyə ən çox məruz qalmış şəhərlərdən biri olan Ussitanın meri Marko Rinaldi deyib ki, hadisənin faciəvi nəticələnməməsinə səbəb zəlzələlər arasında fasilənin olmasıdır.

5.5 bal gücündə baş vermis ilk zəlzələdən sonra insanlar evlərindən çıxıb. Və bundan iki saat sonra 6.1 bal gücündə daha güclü zəlzələ baş verən an insanlar artıq evakuasiya etmiş olub.

Mer Rinaldi şəhərə ciddi zərər dəydiyini və bu zərərin səhər daha dəqiq bilinəcəyini bildirib.

Ussita Amatris şəhərindən 75 kilometr şimalda yerləşib. Avqust ayında Amatrisdə zəlzələ nəticəsində 297 nəfər həlak olmuş, yüzlərlə insan xəsarət almışdı.

XS
SM
MD
LG