Accessibility links

İtaliya hökuməti meyitlərin daşınmasına yardım üçün orduya müraciət edib


İtaliya hökuməti ölkə daxilində təcrid tədbirlərini uzatmağa hazırlaşdığı bir vaxt koronavirusun sürətlə yayıldığı şimal şəhərində ölənlərin sayı həddən artıq çox olduğu üçün cəsədlərin daşınmasına yardıma görə orduya müraciət edib.

Milanın şimal-şərqindəki Berqamo şəhərində yerli sakinlər tərəfindən lentə alınan və Eco di Bergamo adlı yerli qəzetin saytında nümayiş etdirilən videoda hərbi yük maşınlarının gecə boyunca şəhər qəbristanlığından tabutları topladığını görmək olub.

Cümə axşamı bir ordu nümayəndəsi cəsədləri qonşu əyalətlərə daşımaq üçün 15 yük maşını və 50 əsgərin yardım etdiyini təsdiqləyıb. Daha əvvəl krematorilər dolduqdan sonra Berqamonun yerli hakimiyyət orqanları yardım üçün müraciət etmişdi.

İtaliyada çərşənbə günü koronavirusdan 475 ölüm halı qeydə alınıb ki, bu da ölkədə ölənlərin sayını təxminən 3000-ə çatdırıb. Təkcə Lombardiya bölgəsində 4000-dən çox yoluxma halı qeydə alınıb.

İtaliyanın Avropanın digər ölkələrdən əvvəl virtual təcrid olunmasına baxmayaraq, yoluxma hallarının sürətlə artmasına görə hökumət məhdudiyyətləri artırmağa çalışır.

XS
SM
MD
LG