Accessibility links

COVİD-ə yoluxan italiyan tenoru Andrea Boçelli evdə qalmağı özünə təhqir hesab edir


COVID-19-a yoluxan və karantində qalmağa məcbur olan italyan tenoru Andrea Boçelli istədiyi kimi girib-çıxmaq azadlığından məhrum edildiyi üçün özünü "alçaldılmış və təhqir olunmuş" hiss etdiyini deyib.

Boçelli bazar ertəsi Senatın konfrans salonunda, hökumətin koronavirusun yayılması ilə mübarizədə istifadə etdiyi sərt tədbirlərə qarşı olan sağçı müxalifət lideri Mateo Salvini tərəfindən təqdim edildiyi paneldə danışıb.

Müğənni virusdan Milanın boş kafedralındakı Pasxa bayramına həsr olunmuş ifasından bir neçə həftə sonra, may ayında müalicə olunduğunu elan etmişdi. Martın 10-da ölkənin məhdudiyyətlərə hazırlaşdığı vaxt koronavirus testinin müsbət çıxdığını öyrənən Bocelli "Mən hovuza atladım, özümü yaxşı hiss edirdim. Yalnız bir az qızdırmam var idi" deyib.

O vaxt ictimai idman hovuzları bağlandığı üçün çox ehtimal ki, o, iqamətgahındakı xüsusi hovuzu nəzərdə tuturdu.

Senatdakı konfransda Boçelli "heç bir cinayət işləmədiyinə" baxmayaraq evini tərk edə bilmədiyinə görə narahatlıq hissi keçirdiyini və təfərrüat bildirmədən bu məhdudiyyəti pozduğunu deyib.

Məhdudiyyətlər hətaya keçirildiyi zaman italyanlar evlərini yalnız vacib işlər üçün - ərzaq və ya dərman almaq, itlərini gəzdirmək üçün tərk edə bilərdi.

XS
SM
MD
LG