Bu il İtaliya Pasxa bayramını sərt koronavirus məhdudiyyətləri vəziyyətində keçirə bilər. Belə ki, ölkədə bölgələr arasında səyahətlər məhdudlaşdırılır və yeni karantinlər tətbiq olunur. Lakin dənizdə MSC Grandiosa gəmisindəki qonaqlar göyərtədə latın musiqisinə qulaq asır və hovuz kənarında kokteyllər içir.
Dünya boyu mehmanxanalar və kurortların bağlı olduğu bir vaxt Grandiosa qlobal gəmi sənayesinin tənha bayraqdarı olaraq, yeddi günlük səyahətlə Aralıq dənizini gəzir.
Kruiz gəmilərinin koronavirusun ilk mənbəyi olmasından sonra Grandiosa İtalya rəsmiləri tərəfindən təsdiqlənmiş sərt anti-virus protokolları əsasında işini davam etdirməyə çalışır.
Gəminin sərnişinləri və ekipaj gəzintilərdən əvvəl və səyahət zamanı testdən keçirilir. Yoluxmanın baş verməməsi üçün maska mandatları, qızdırmanın ölçülməsi, təması izləyən qolbaqlar və gəminin tez-tez təmizlənməsi kimi tədbirlər həyata keçirilir.
Xaricdən gələn sərnişinlər ölkəyə 48 saat ərzində keçdikləri COVID-19-un mənfi testləri daxil ola bilər. Avropanın Şengen müqaviləsinə daxil olan ölkələri, eləcə də Rumıniya, Xorvatiya və Bolqarıstan sakinlərinin ölkəyə girmələrinə COVID-19-un sığorta şərtlərinə əsasən icazə verilir.
Pandemiya qlobal kriuz sərnişinlərinin sayını kəskin azaldıb. 2019-cu ildə bu göstərici 30 milyon təşkil edirdisə, 2020-ci ildı 350 minə enib. Bunu okean kruizlərinin 95 faizini təşkil edən dünyanın ən böyük Cruise Lines International şirkəti bildirib. Bu şirkətinin hazırda 20-dən az gəmisi fəaliyyətdədir.