Accessibility links

İtaliyada ölənlərin sayı 800-dən çoxdur


İtaliya hökuməti cümə axşamı ölkəyə qoyulan məhdudiyyətləri daha da sərtləşdirərək, daha iki həftə uzadıb. Barlar və restoranlar da daxil olmaqla, bütün mağazalar bağlı qalacaq. Son qərar koronavirusdan ölənlərin sayının 800-dən və yoluyxanların sayının isə 12 mindən çox olmasından sonra verilib.

Tədqiqatçılar xəstəliyin İtaliyada yayılmasının Fransa və Almaniya kimi digər Avropa ölkələrindən 10-15 gün tez olduğunu və bu ölkələrin də xəstəliyə İtaliyanın yanaşdığı kimi yanaşmalı olduqlarını deyirlər.

İtaliyanın tamamilə bağlanmasından sonra insanlar evlərini tərk edərkən bunun səbəblərini izah edən sənəd təqdim etməyə məcburdur. Cümə axşamı insanların koronavirusun (COVID-19) yayılmasına qarşı tətbiq edilən yeni tədbirlərə riayət etdikləri üçün ölkənin hər yerində küçələr və meydanlar boş olub.

Son 24 saat ərzində 200-ə yaxın olmaqla, bir neçə həftə ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 800-dən çox olub. Hazırda şəhərlərdə yalnız ərzaq mağazalarının və apteklərin açıq qalmasına icazə verilir. İnsanlara bu yerlərə girməyə bir dəfə icazə verilir və hər kəs bir-birindən müəyyən bir məsafədə aralı durmalıdır.

Ölkənin baş naziri Cüzeppe Konte bu günə qədər italiyalıların fövqəladə vəziyyətə qeyri-adi bir şəkildə reaksiya verdiklərini deyib. Çərşənbə axşamı isə o, millətə müraciət edərək, "çətin bir vaxt yaşayırıq və tələb olunan dəyişikliklərə hazır olmalıyıq. Birlik və qorunmaq üçün daha bir addım atmağın vaxtıdır" deyib.

XS
SM
MD
LG