Accessibility links

Cümə axşamı İtaliyada 70 ölüm, 593 yoluxma halı qeydə alınıb


Mülki Müdafiə Agentliyinin bildirdiyinə görə, İtaliyada COVID-19 epidemiyasından ölüm halları bir gün əvvəl 117, cümə axşamı 70 olub. Lakin yoluxma hallarının sayı çərşənbə günü 584 olduğu halda, cümə axşamı 593-ə çatıb.

Agentlik fevralın 21-dən, koronavirus baş qaldırandan bəri ölkə boyu ölənlərin ümumi sayının 33,142 nəfərə çatdığını, beləliklə ölüm sayına görə ABŞ və Britaniyadan sonra İtaliyanın dünyada üçüncü yerdə olduğunu bildirib.

Təsdiqlənmiş yoluxma hallarının sayı 231 732-dir ki, bu, ABŞ, Rusiya, İspaniya, İngiltərə və Braziliyadan sonra bu ölkənin dünyada altıncı yerdə olduğu deməkdir.

Hal-hazırda xəstəlik daşıyıcıları kimi qeydə alınan insanlar bir gün əvvəl 50 966 nəfərdən 47 986-ya düşüb.

Çərşənbə günü reanimasiya şöbələrində ağır xəstələrin sayı 505 nəfər, cümə axşamı 489 nəfər olub. İlkin yoluxanların 150 604-nün sağaldığı bildirilib. Bir gün əvvəl isə bu gğztərici 147 101 nəfər idi.

Agentlik təxminən 60 milyon əhalisi olan ölkədə 2 301 milyon insanın koronavirus testindən keçdiyini bildirib.

XS
SM
MD
LG