Accessibility links

Müştərilərə həsrət qalan restoranlar yeni qaydalara uyğunlaşmağa çalışır


Müştərilərə həsrət qalan restoranlar yeni qaydalara uyğunlaşmağa çalışır
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Koronavirus hər şeyi - ünsiyyətimizdən tutmuş işimizə, hətta yemək sifariş etməyimizə qədər hər şeyi dəyişdi. Müştərilərə həsrət qalan restoranlar bu vəziyyətə uyğunlaşmağa məcbur oldu.

Koronavirus pandemiyası dövrü Romada nahar vaxtıdır. Restoran sahibi Mariya Çiara Di Feliçe menyunu müştəriyə uzadır. Sifariş vermək istəyən müştəri əlini menyuya vurmamalıdır. "Əksər müştərilər menyunu belə görmək üsulunu alqışlayır. Onlar bundan razıdırlar. Bəziləri əvvəlcə təəccüblənir və qorxur, lakin sonra istifadənin nə qədər asan olduğunu anlayır" - deyə, Mariya Çiara Di Feliçe bildirir.

Müştəri Stafano Prati QR kodunu skan etməklə restoranın menyusunu telefonuna yükləyir. COVID-19-a yoluxma təhlükəsi hələ də davam etdiyi üçün o, şifahi olaraq sifariş verməlidir. Prati üçün bu yaxşı xəbərdir. “Nəhayət, iki ay yarım həbsdən sonra mən yenidən restorandayam. Bu, gözəl andır. Əgər yaxşı yeməklər yeyirsənsə, bu daha da yaxşıdır.“

Di Felice kimi restoranların sahibləri bunun pandemiyadan əvvəlki həyata qayıdışa doğru addım olduğuna ümid edir. “Düşünürəm ki, biz hamımız əvvəl yaşadığımız həyata qayıtmaq istəyirik. Bundan başqa heç nə. Ümid edirəm ki, zaman keçdikcə insanlar bizə daha çox güvənəcək və burada istifadə etdiyimiz təhlükəsizlik tədbirlərinə etibar edəcək."

Maskalı aşpazlar və şifahi menyularla yanaşı, restoran sahibi masaların da sayını yarıya endirib. Müştərilər ayrıldıqdan sonra işçilər masaları və stulları dezinfeksiya edir.

XS
SM
MD
LG