Covid-19 səbəbi ilə 2 aydan çox bağlı qalan İtaliya kilsələri bazar ertəsindən yeni qaydalarla açılmağa hazırlaşır.
Ölkə boyu həyata keçirilən çox sərt təcriddən sonra bazar ertəsi xidmətə başlayacaq kilsələrdə gərgin hazırlıq işləri aparılır.
Roma Papası Frensis erkən saatlarda müqəddəs II Con Polun yüzilliyinə həsr edilən çıxışından sonra müqəddəs Pyotr Bazilikası da qapılarını yenidən açır.
II Con Polun məzarı önündə çıxış edən Frensis polşalı Roma Papasının dünya əhalisinin əksəriyyətini ziyarər edən yaxşı keşiş adlandırıb və onu ən çox səciyyələndirən üç əlamətdən danışıb.
"Dualar insanların yaxınlığı və ədalətə sevgidir" - deyə, Roma Papası bildirib.
Koronavirusun yayılmasından bəri Roma Papası Frensisin səhər dua messası canlı yayımlanırdı. Lakin bazar ertəsi səhər bu sonuncu dua xidməti idi. Roma Papasının çərşənbə günü Vatikandakı özəl kitabxanasından müraciətlərini davam etdirib-etməyəcəyi hələ də məlum deyil.
Kilsələrdə ziyarətçilər yeni qaydalara əməl etməli olacaqlar, belə ki, İtaliya hələ də koronavirusla bağlı fövqəladə vəziyyətdən tam çıxmayıb.