Accessibility links

Yeni il ərəfəsində İtaliyada sərt məhdudiyyətlər tətbiq olunub


COVID-19-un yayılmasına mane olmaq üçün sərt məhdudiyyətlərin tətbiq olunduğu İtaliyada Yeni il bayramı səssiz qeyd edilir. Hökumət qaydalara riayət olunması və italiyanların 2021-ci ilin gəlişini böyük toplantılarla keçirməmələri üçün minlərlə polis işçisini səfərbər edib.

Köhnə il Vatikan Roma Papası Frensisin belində ağrı olması səbəbiylə Yeni İl müraciətinin təxirə salınması xəbəri ilə sona çatır.

İtalyanlar ölkənin qırmızı zona kateqoriyasındakı sərt məhdudiyyətlərə alışıb.

Yanvaın 4-nər qədər italyanlar haraya getdikləri barədə anket doldurmadıqları təqdirdə evlərindən çıxa bilməyəcək. Onlara başqasının evinə yalnız bir nəfərlə getmək icazəsi verilir. Küçəyə yalnız işə və ya sağlamlıq səbəbi ilə təcili çıxmaq məcburiyyətində qalan insanlar buraxılır.

Yemək və aptek kimi təcili ehtiyaclar istisna olmaqla, bütün mağazalar bağlı olacaq. Ölkədəki bütün bar və restoranlar xidmət göstərmək istisna olmaqla bağlananacaq.

İtalya rəsmiləri böyük ailə toplanışlarının keçirilməməsi ilə bağlı xəbərdarlıq edib. Xəsarət almamaları və xəstəxanalara əlavə insan gətirilməməsi üçün havaya fişəng atmamağa çağırılıb.

Növbəti dörd gün ərzində İtaliyada axşam saat 22-dən səhər saat 7-yə qədər komendant saatı tətbiq olunub. Bələdiyyə ərazisindən kənara çıxmaq da qadağandır. Cərimələr sərt olduğu üçün az adamın lazımsız riskə getməsi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG