İtaliya rəsmiləri son iki gündə Aralıq dənizindən 4 min mühacirin xilas edildiyini və məsələ ilə əlaqədar Avropadan daha artıq yardım istənildiyini bildiriblər.
Daxili işlər naziri Angelino Alfano İtaliya dövlət radiosuna müsahibəsində ölkəyə mühacirət hallarının çoxaldığını və mühacirlərlə dolu qayıqların gəlməyə davam etdiyini deyib.
Alfano azı bir cəsədin tapıldığını qeyd edib.
O, Avropa İttifaqından sulara nəzarətin gücləndirilməsi üçün daha çox işlərin görülməsini tələb edərək, on milyonlarla dollar pulun xərclənməsinə baxmayaraq, problemin hələ də həll olunmadığını deyib.
Alfano Şimali Afrikadan dəniz vasitəsi ilə belə riskli səfərləri təşkil edən “ölüm tacirləri” adlandırdığı şəxsləri tənqid edib.
Hər il Afrikadan minlərlə insan müharibələr, yoxsulluq və siyasi iğtişaşlara görə öz ölkələrindən həyatlarını risk altına qoyaraq, İtaliya adaları vasitəsilə Avropaya pənah gətirir.