Accessibility links

`Open Arms` 147 miqrantla İtaliyanın Lapidusa adasına doğru irəliləyir


İtaliya hakimi hökumətin gəminin İtaliya sularına girməsinə qadağa qərarını ləğv etdikdən sonra İspaniyanın miqrantlar olan xilasetmə gəmisi Lapidusa adasına doğru irəliləməyə başlayıb.

Tər​kibində 147 miqrant olan `Open Arms` xilasetmə gəmisi iki həftəyə yaxındır ki, Aralıq dənizində qalmışdı.

Gəminin açıqladığı bəyanatda İtalya hakiminin çərşənbə axşamı daxili işlər naziri Mateo Salvininin qərarına qarşı çıxaraq, `miqrantların gəmidə uzun müddət qaldığına görə vəziyyətlərinin olduqca ağır və təxirəsalınmaz olduğunu` bildirib və həmin qərarın beynəlxalq qaydalara zidd olduğunu deyib.

Salvinini hakimin qərarının səhv qərar olduğunu bildirib və "bunun İtaliya limanlarına dönmək və İtaliyanı Avropanın qaçqın düşərgəsinə çevirmək üçün bir layihə olduğu açıq-aydındır` deyib.

Nazir məhkəmənin qərarından şikayət edəcəyini desə də, gəminin Aralıq dənizi adasında dayanmasına mane olub-olmayacağı məlum deyil.

Digər bir xilasetmə gəmisi - Sərhədsiz Həkimlər və SOS Aralıq Dənizi təşkilatları tərəfindən idarə olunan `Ocean Viking` gəmisi də təhlükəsiz bir liman axtarır. Gəmidə çoxu sudanlı gənclər olmaqla, 356 nəfərin olduğun deyilir.

XS
SM
MD
LG