Accessibility links

İtaliya dəniz donanmasının əməliyyatı zamanı 24 saat ərzində mindən çox miqrant xilas edilib


İtaliya dəniz donanması 24 saat ərzində qış mövsümü soyuq sularda Aralıq dənizini keçmək istəyən mindən çox miqrantın xilas edildiyiyini bildirib.

Dəniz donanması əməliyyat zamanı 832 miqrantın, başqa təşəbbüs nəticəsində isə daha 233 miqrantın xilas edildiyi haqda məlumat verib.

İtaliya hökuməti xilas edilmiş kişi, qadın və uşaqların Afrika, Cənubi Asiya və Yaxın Şərq ölkələrindən olduğunu bildirib.

Keçən il İtaliya hökuməti Lampeduzada miqrantlarla dolu gəminin batması nəticəsində 359 adamın ölümündən sonra regionda patrul xidmətini gücləndirib.

İtaliya daha yaxşı həyat axtarışında Avropaya üz tutan miqrantların ilk dayanacağıdır.

Rəsmilər Afrikanın şərqində və Suriyada humanitar vəziyyətin ağırlaşması nəticəsində daha çox qaçqının Avropaya üz tutduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG