Accessibility links

İtaliya polisi Paris hücumlarına yardım edən şəxsi həbs edib


İtaliya polisi bazar ertəsi ölkənin cənubundakı Bari şəhərində İslam Dövləti qrupuna üzv olmaqda və 2015-ci ildə Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumlarına yardım etməkdə şübhəli bilinən Əlcəzair vətəndaşına qarşı yeni ittiham irəli sürüb.

Polis 36 yaşlı əlcəzairlinin Tomi Mahraz kimi də tanınan Asmane Toami olduğunu müəyyən edib.

Müstəntiqlərin bildirdiyinə görə, Toami 2015-ci il noyabrın 13-də Bataklan konsert salonu, Stade de France və Parisin üç rayonunda həyata keçirilən terror hücumlarına birbaşa dəstək verib.

Parisdə yüzlərlə insanın yaralanması ilə nəticələnən hücumları İkinci Dünya Müharibəsindən bəri Fransada ən ölümcül hücumlar idi.

Bari polisinin bəyanatında Toaminin hücumlarda əli olan terrorçuları saxta sənədlərlə təmin etdiyinə inanıldığı da bildirilib.

Bəyanatda eləcə də, Asmane Toami, onun qardaşları Medhi, Liyesin və şəxsiyyətləri hələ müəyyən olmayan digər bir neçə şəxsin radikal cihadçı dairələrlə əlaqədə olduqları, Fransa, Belçika, İspaniya, Suriya, İtaliya və Əlcəzairdə fəaliyyət göstərdikləri bildirilib.

Toami 2019-cu ildə miqrantlar üçün Müvəqqəti Nəzarət Mərkəzində
olarkən Şengen zonası ölkələrində sərbəst hərəkət etmək üçün istifadə olunan saxta sənədlərə sahib olduğu təsbit edildiyi vatdan Bari həbsxanasına aparılmışdı.

O, mühakimə olunmuş və iki il müddətinə həbs cəzasına məhkum edilmiş və 2021-ci ilin iyun ayının 19-da sərbəst buraxılmalı idi.

XS
SM
MD
LG