Accessibility links

İtaliyanın Milli Yanğınsöndürmə Xidməti partlayış zamanı azı 7 nəfərin öldüyünü təsdiqləyib


Xilasedicilər bazar ertəsi Siciliyanın Ravanusa şəhərində şübhəli qaz partlayışı nəticəsində dağılmış evlərin dağıntıları altından cəsədləri çıxarır. Milli Yanğınsöndürmə Xidməti partlayış zamanı azı 7 nəfərin öldüyünü təsdiqləyib.

Reuters xəbər agentliyinin məlumatına görə, 9 aylıq hamilə tibb bacısı da daxil olmaqla, axtarış itləri səhər tezdən 4 cəsəd aşkar edib. Cəsədlər yanğınsöndürənlər və Mülki Müdafiə Nazirliyinin işçiləri tərəfindən dağıntılar altından çıxarılıb.

Milli yanğınsöndürmə xidmətinin sözçüsü RAI NEW24 televiziya kanalına şənbədən bazara keçən gecə üç cəsədin tapıldığını, iki nəfərin hələ də itkin düşdüyünü bildirib.

Şənbə günü axşam saatlarında baş verən partlayışda dörd ev uçub, daha üç evə ziyan dəyib.

Rəsmilər partlayışın şəhərin borularından qaz sızması nəticəsində baş verdiyini desə də, partlayışın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

11000 əhalisi olan Ravanusa Siciliyanın cənub-qərbindəki yunan məbədləri ilə məşhur Aqrigento şəhəri yaxınlığında yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG