Accessibility links

İtaliya Rusiyadan Liviyada vəziyyətin sabitləşdirilməsində yardım istəyir


Liviyanın sahil mühafizəçiləri bu həftə paytaxt Tripolidən 16 kilometrlik məsafədə sularda üzən rezin qayıqda bir neçə həftəlik körpə də daxil olmaqla 100-dən çox miqrantı xilas edib. Bu il artıq Aralıq dənizini 9 min 500-dən çox miqrant keçib. Bu, keçən illə müqayisədə rekord göstəricidir.

Avropa İttifaqı bu ay Tripoli hökumətinə təhlükəsizlik qüvvələri və sahil mühafizəsini gücləndirmək məqsədilə 213 milyon dollar vəsait ayırıb. Lakin İtaliya Liviyada vəziyyətin yekun siyasi həllinə nail olmaq istəyir və bu məqsədlə Moskvanın köməyinə müraciət etməyi planlaşdırır.

Eurasia Group məsləhət şirkətinin təhlilçisi Rikardo Fabianinin fikrincə, bu, ağlabatan bir addımdır.

General Xəlifə Haftarın başçılıq etdiyi qüvvələrin Benqazidə hava hücumları,2014-ü il.
General Xəlifə Haftarın başçılıq etdiyi qüvvələrin Benqazidə hava hücumları,2014-ü il.

"Rusiyanı danışıqlar masasına gətirib strateji dialoqa başlamaq, əlaqə və kommunikasiyalar qurmaq daha yaxşı olardı. Rusiyanın prosesdən kənarlaşdırılması ona gətirib çıxara bilər ki, bir də görəcəksiniz ki, Rusiya regionda əsas qüvvəyə çevrilib."

Liviya Tripolidə beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumət və ölkənin şərqində Tobruk şəhərində Rusiyanın da dəstəklədiyi avtoritar general Xəlifə Haftarın başçılığı ilə müxalif qüvvələr tərəfindən idarə edilir.

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Martin Kobler tərəflərin barışdırılmasının mümkünlüyü ilə bağlı nikbinliyini bildirib.

İndiyə kimi Rusiya xarici siyasətdə, xüsusilə də Yaxın Şərqdə ABŞ-ın regionda mövcud olmadığı yerlərdə vakuumu doldurmaq üçün opportunist yanaşma tərzi nümayiş etdirib.
Təhlilçi Rikardo Fabiani

"Cəsarətli və qətiyyətli addımlarla Liviyada sülh, tərəqqi və sabitliyə gətirib çıxaracaq siyasi həllə nail olmaq mümkündür"-deyə o bildirib.

İtaliya Rusiyanın rəqib tərəfləri bir araya gətirilməsində kömək etməsini istəyir.

Britaniyanın xarici işlər naziri Boris Conson bu həftə Liviyada hakimiyyətin bölüşdürülməsinə dair həllə nail olunmasında öz köməyini təklif edib.

"Bu yanaşmanı əsas götürərək, ölkənin şərqi və qərbi arasında real əməkdaşlıq yaradılmasına nail olunmalıdır"-deyə o bildirib.

Rusiyanın prosesdən kənarlaşdırılması ona gətirib çıxara bilər ki, bir də görəcəksiniz ki, Rusiya regionda əsas qüvvəyə çevrilib.
Təhlilçi Rikardo Fabiani

Lakin Avropa İttifaqının bəzi ökələri Moskvanın Liviyada hərbi bazalara malik olmaq kimi məqsədə nail olmağa çalışmasından narahatlığını bildirir.

Avropa İttifaqının rotasiya üzrə prezidentliyini icra edən Malta Rusiyanın general Haftara dəstəyinin vətəndaş müharibəsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Heç kəs Rusiyanın Liviyada nəyə nail olmaq istədiyini bilmir. İndiyə kimi Rusiya xarici siyasətdə, xüsusilə də Yaxın Şərqdə ABŞ-ın regionda mövcud olmadığı yerlərdə vakuumu doldurmaq üçün opportunist yanaşma tərzi nümayiş etdirib"-deyə təhlilçi Fabiani bildirib.

Fabianinin sözlərinə görə, Avropa və Rusiya prezident Donald Trampın ABŞ-ın Liviya ilə bağlı siyasətini dəyişib-dəyişməyəcəyini gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG