Accessibility links

Venesiya - Koronavirusun iflic etdiyi şəhər


Karnaval mövsümü dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Venesiyanın zirvə mövsümünün başlanğıcını hesab edilir. Bu, turistlərin Böyük Kanalı vaporettoslarla, daş küçələri gəzdiyii və mənzərəli kafelərdən zövq aldığı vaxtıdır.

Koronavirus dövründəki Venesiya isə boş meydançaları, bağlanmış bazilikaları və vaxtlarını boş keçirən qayıqçları ilə özünəməxsus boş bir qutuya bənzəyir. Yazıçı Tomas Mannın uydurma "Venesiyada ölüm" əsərində vəba epidemiyası sakit bir şəkildə davam edən Venesiya indi koronavirusun əsl həyat qorxusunu yaşayır.

Keçən il suyun rekord səviyyəyə qalxması ilə YUNESKO-nun dünya irsi hesab etdiyi Venesiyanı artıq dizləri üstünə çökdürmüşdü. Rəsmilər sular azaldıqdan dərhal sonra turistlərin geri dönəcəyinə ümid edirdi və onlar müəyyən dərəcədə döndülər. Keçən ay Karnaval mövsümünün həftə sonunda mehmanxanalar 95 faiz dolmuşdu.

Lakin sonra virus gəldi və Veneto bölgəsində ilk italiyallı öldü, tarixi Venesiyanın mərkəzində yoluxmalar təsdiq olundu. Bölgənin başçısı Venesiyanın Karnaval şənliklərini iki gün davam etdikdən sonra bağladı.

Venesiya o vaxtdan bəri sakit olaraq qalır. Lakin fərqli, tibbi maskalar taxmış yerli sakinlər və qorxmaz turistlər bu şəhərin ecazkar gözəlliyindən zövq almağa çalışır. Onların özlərinin yerləri var: Rialto, Sighs körpüsü, göyərçinlərin toplaşdığı San Marko meydanı.

Çərşənbə günü başqa bir xəbər gəldi - may ayında başlayacaq Venesiya Memarlıq Biennalesinın açılışı avqustun sonuna qədər təxirə salındı. Bununla 6 aylıq attraksion məhdudlaşdırıldı. Venesiyanın incəsənət və film festivallarının ziyarətçilərinin planları dəyişdi.

Yaranan problemləri də nəzərə almaqla, iqtisadi itkilər bu şəhəri batırmaqda davam edir.

XS
SM
MD
LG