Accessibility links

İtaliyada yanğınların əksəriyyəti qəsdən törədilib


Bu il İtaliyada təxminən 800 meşə yanğını baş verib ki, bu da normal illik yanğınlardan 3 qat artıq dır. Yanğınlar milyonlarla dollar ziyan vurub.

Səlahiyyətlilər bunların yarısından çoxunun qəsdən törədildiyini və ya fermerlərin yanğın qaydalarını pozması ilə baş qaldırdığını deyir.

İtaliyanın keçən il də yanğın baş verən və Neapoldan 48 kilometrlik məsafədə yerləşən Montesarçio qəsəbəsi yaxınlığındalı kamera görüntülərindən bir fermerin pöhrəliyi yandırdığı aşkarlanıb. 50 yaşlı qoyun və keçi fermeri həbs edilib.

Yerli səlahiyyətlilər deyirlər ki, fermer ciddi qaydalara zidd olaraq otlaq sahəsini yandıraraq onu təzələmək istəyib.

Zabitlər ona yaxınlaşdıqda çakmağından qurtulmağa çalışıb.

Hüquq-mühafizə orqanları üçün yanğınları qəsdən törədənlər daha artıq narahatlıq doğurur.

Keçən həftə Ekoloji keçid naziri Roberto Cinqolani parlamentdə İtaliyada son meşə yanğınlarının 57.4%-nin qəsdən törədildiyini, 13.7% -nin isə ehtiyatsız insan hərəkətləri nəticəsində baş verdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG