Accessibility links

İtaliyada ölənlərin sayı 300-ə yaxınlaşır


İtaliyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb. Bu barədə yerli xəbər agentlikləri məlumat verir. Ötən gün bu rəqəm 283 nəfər idi. Bu gün daha 7 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

İtaliyada milli matəm günü başladığı bir vaxt artıq xilasedicilərin dağıntılar altında sağ qalmışları çıxarmaq ümidləri ölməkdədir. Buna baxmayaraq xilasedicilər xüsusilə iyi hissetmə qabiliyyəti yüksək olan itlərlə axtarışları davam etdirirlər. Ancaq onlar bildirir ki, bu vaxtdan sonra insanların sağ qalmaq ehtimalı çox azdır.

İtaliya prezidenti Sercio Mattarella zəlzələnin baş verdiyi Amatrice şəhərinin meri Sercio Pirozzinin müşayiəti ilə bu gün şəhəri gəzərək xilasetmə işlərini davam etdiri insanlara təşəkkürünü bildirib.

İtaliya prezidenti Sercio Mattarella zəlzələnin baş verdiyi Amatrice şəhərinin meri Sercio Pirozzinin müşayiəti ilə bu gün şəhəri gəzərək xilasetmə işlərini davam etdiri insanlara təşəkkürünü bildirib.

Rəsmilər bildirir ki, dağıntılar səbəbilə hələ də şəhərə daxil olmaq təhlükəlidir.

Qeyd edək ki,avqustun 24-ü gecəsi 6.2 bal gücündə zəlzələ İtaliyanın mərkəzi hissəsində baş verib. Amatrice, Arkuata-del-Toronto və Akkumoli şəhərləri xüsusilə ağır dağıntılara məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG